Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir.
AzEdu.az xəbər verir ki, qəbul müsabiqəsində ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələri üzrə təhsil alan IV sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat prosesi iyunun 5-dən 20-dək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal vasitəsilə həyata keçirilir. Qəbul imtahanı iyulun 2-də keçiriləcək. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulub.
Liseyə qəbul imtahanı yalnız bir mərhələdən ibarətdir və imtahanın müddəti 2 saatdır. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;
- Riyaziyyat – 25 sual;
- Məntiq – 10 sual.
Qəbul imtahanının keçiriləcəyi yer haqqında əlavə məlumat veriləcək.
Əlaqə üçün: Telefon: (012) 510-74-54; (070) 313-37-20
Elektron-poçt: [email protected] / [email protected]