Azedu.az

Tələbələrə metroda güzəşt tətbiq edilə bilər? - RƏSMİ

Xəbərlər

Tələbələr

Universitetlər

2 İyun 2025, 11:10
Tələbələrə metroda güzəşt tətbiq edilə bilər? - RƏSMİ

Son zamanlar sosial şəbəkələrdə tələbələr üçün metrodan istifadəyə güzəştlərin tətbiq olunacağı ilə bağlı məlumatlar geniş yayılıb. Bu xəbərlər tələbələr və valideynlər arasında ümidlə qarşılanır. 

 

Bəs görəsən, gələcəkdə tələbələr üçün hər hansısa bir güzəştin tətbiqi nəzərdə tutulurmu? Bu təşəbbüs yaxın gələcəkdə reallaşa bilərmi?

 

AzEdu.az mövzu ilə bağlı “Bakı Metropoliteni”nə sorğu ünvanlayıb.

 

Sorğumuza cavab olaraq bildirilib ki, Bakı metropoliteninin qeyd etdiyiniz məsələlərlə bağlı qərar vermək səlahiyyəti mövcud deyil:

 

"Bu və ya digər güzəştlər Azərbaycan Respublikasının qanunvericiliyi və hüquqi normativ aktları əsasında müvafiq qurumların qərarı ilə tətbiq edilə bilər",- deyə məlumat verilib.

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox