Azedu.az

Güclü maqnit qasırğaları gözlənilir

Xəbərlər

31 May 2025, 17:22
Güclü maqnit qasırğaları gözlənilir

Bu il Günəşdən Yerə doğru ən böyük kütlə atılması baş verib.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Araşdırmalar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında məlumat yayılıb.

Bildirilir ki, hadisə Moskva vaxtı ilə saat 03:05-də (Bakı vaxtı ilə saat 04:05 - red.) Günəşdə gücünə görə M8.2 səviyyəsində baş vermiş partlayışın nəticəsi olub.

Məlumata görə, sözügedən atılma Yerdə çox güclü maqnit qasırğaları törədə bilər.

TƏCİLİ! Netanyahudan şok açıqlama - Xamenei MƏHV EDİLƏCƏK!
Son xəbərlərDaha çox