Azedu.az

Alyona Əliyeva "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib

Xəbərlər

31 May 2025, 13:27
Alyona Əliyeva "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva şagirdlər arasında keçirilən "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini təbrik edib.

AzEdu.az xəbər verir ki, A.Əliyeva bununla bağlı "Instagram" hesabında paylaşım edib.

"Heydər Əliyev Fondu ilə Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən "Zəkaların mübarizəsi" olimpiadasının qaliblərini səmimi qəlbdən təbrik edirəm!

Göstərdiyiniz bilik, əzmkarlıq və iradə həqiqətən alqışa layiqdir. Sizə gələcək fəaliyyətinizdə böyük uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!" - deyə paylaşımda bildirilib.

 

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox