Rusiyanın Vladivostok şəhərindən olan həkimlər iki il ərzində yeni doğulan körpələrin alveri ilə məşğul olublar.
AzEdu.az xəbər verir ki, bu barədə məlumatı Primorsk diyarı prokurorluğunun Mətbuat Xidməti yayıb.
Prokurorluq səkkiz tibb işçisinə qarşı müvafiq ittihamları təsdiqləyib.
Məlumata görə, həkimlər cinayəti törətmək üçün sonsuzluğun müalicəsi adı altında reproduktiv texnologiyalardan istifadə ediblər. Doğulan körpələr xaricə göndəriliblər.
Bildirilir ki, tibb işçiləri 53 milyon rubl (təqribən bir milyon manatdan çox - red.) qarşılığında 13 yeni doğulmuş körpənin alqı-satqısını həyata keçiriblər.
Onları 15 il müddətinə qədər həbs cəzası gözləyir.