Azedu.az

Rusiyada dəhşətli qəza: Üç azərbaycanlı gənc həlak oldu 

Xəbərlər

31 May 2025, 10:45
Rusiyada dəhşətli qəza: Üç azərbaycanlı gənc həlak oldu 

Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, , hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib. "LADA Priora" və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.

Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.

Qəzada ölən digər azərbaycanlı - Ağstafa rayon sakininin isə şəxsiyyəti dəqiqləşdirilir.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox