Azedu.az

ADNSU 6 min maaşla tədqiqatçı axtarır

Universitetlər

30 May 2025, 16:44
ADNSU 6 min maaşla tədqiqatçı axtarır

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tədqiqat sahəsində fərq yaratmaq istəyən beynəlxalq təcrübəli tədqiqatçı müəllimlər axtarır.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, elmi dərəcə və elmi ada görə mövcud olan əmək haqqının 3 mislinə (3600-6120 azn) bərabər əməkhaqqı ilə ADNSU-da beynəlxalq səviyyəli akademik karyera imkanı əldə etmək olar.

Tələb olunan müvafiq sahələr: Riyaziyyat-Fizika elmləri, Yer elmləri, Mühəndislik və İnformasiya Texnologiyaları sahələri. 

Tələblər:

Təhsil: THE/QS reytinqlərində ilk 300-də yer alan universitetlərdən birində doktorantura təhsili almaq;

İş təcrübəsi: ən az 2 il xarici ölkədə tədqiqat təcrübəsi;

Vacib kvalifikasiyalar:

• Son 5 ildə ixtisasa uyğun Q1-Q3 jurnallarında birinci və ya ikinci müəllif olmaqla 10 məqaləyə sahib olmaq;

• Son 5 ildə ixtisasa  uyğun Q1 jurnallarında ən azı 2 məqaləyə sahib olmaq;

• Son 5 ildə özünə istinad xaric Scopus və ya WoS profil H indeksi 10 olmaq;

• Son 5 ildə ən az 3 ölkənin tədqiqatçıları ilə birgə məqalə dərc etmək;

• Son 5 ildə ən az 1 beynəlxalq tədqiqat qrantında (məsələn, Horizon Eurpoe, NSF, ERC) iştirakçı olmaqdır.

Ətraflı: //asoiu.edu.az/tedu

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox