Azedu.az

Aİ yetkinlik yaşına çatmayanlar üçün yaş yoxlama proqramı işə salacaq

Xəbərlər

30 May 2025, 14:14
Aİ yetkinlik yaşına çatmayanlar üçün yaş yoxlama proqramı işə salacaq

Avropa İttifaqı iyul ayında onlayn platformalar tərəfindən yetkinlik yaşına çatmayanların qorunması ilə bağlı qaydalara riayət olunmasını sərtləşdirməyə imkan verəcək yaşın yoxlanılması üçün mobil tətbiqi işə salır.

AzEdu.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat verib.

Qeyd olunur ki, proqram istifadəçilərə şəxsi məlumatlarını açıqlamadan yaşlarını təsdiq etməyə imkan verəcək. Mütəxəssislər yeniliyi riskləri qiymətləndirmək və idarə etmək üçün kifayət qədər səy göstərməyən texnologiya şirkətlərinə təzyiq vasitəsi kimi qiymətləndirirlər.

Avropa Komissiyasının (AK) Texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə vitse-prezidenti Henna Virkkunen bildirib ki, yetkinlik yaşına çatmayanların müdafiəsi prioritetdir və bu, bir sıra tədbirlər tələb edəcək. Bu tədbirlərə xüsusən də uşaqların hesablarının defolt olaraq bağlı olmasını təmin etmək daxildir.

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox