Azedu.az

Universitet müəllimliyi üçün işə qəbul imtahanı tətbiq oluna bilər? - RƏSMİ

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

30 May 2025, 09:11
Universitet müəllimliyi üçün işə qəbul imtahanı tətbiq oluna bilər? - RƏSMİ

Bir çox ölkədə universitetlərə müəllim qəbul etmədən əvvəl imtahanlar keçirilir. Bu imtahanlar, müəllimlərin peşəkar səviyyəsini və ixtisaslaşmalarını qiymətləndirmək məqsədini güdür. 

 

Məlumdur ki, bizim ölkədə təhsilverənlər orta məktəblərdə fəaliyyət göstərməsi üçün Müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahana cəlb olunur. 

 

Bəs, görəsən, bu proses ali məktəblərə qəbul zamanı da tətbiq edilə bilərmi? Yəni universitetlərdə fəaliyyət göstərmək istəyən müəllimlər üçün MİQ imtananının təşkil edilməsi planlaşdırılırmı? 

 

Mövzu ilə bağlı AzEdu.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

 

Sorğumuza cavab olaraq bildirilib  ki, mövcud qanunvericiliyə uyğun olaraq dövlət ali təhsil müəssisələri öz işlərini müstəqil surətdə planlaşdırmaq, təlim-tərbiyə, elmi-tədqiqat, metodik, maliyyə-təsərrüfat, iqtisadi, kommersiya və s. məsələləri sərbəst surətdə həll etmək hüququna malikdirlər.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox