1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbəqədər təhsil müəssisələrində təhsil alan balacalar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) qonağı oldular.
Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.
Agentliyin direktoru Eşqi Bağırov uşaqlarla görüşüb, onların arzularını dinləyib suallarını cavablandırıb.
Eşqi Bağırov qeyd edib ki, agentlik binasında çalışan hər kəsin əsas prioriteti onların sağlam və təhlükəsiz inkişafı üçün lazım olan mühitin yaradılmasıdır.