Azedu.az

İdris İsayev Özbəkistanda görüş keçirib

Elm və Təhsil Nazirliyi

29 May 2025, 12:56
İdris İsayev Özbəkistanda görüş keçirib

Mayın 29-da Özbəkistan Respublikasının Əndican şəhərində “Azərbaycan–Özbəkistan: ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda keçirilən Birinci Rektorlar Forumu çərçivəsində elm və təhsil nazirinin müavini İdris İsayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şahrux Daliyev ilə görüşüb.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, görüş çərçivəsində universitetlərarası əməkdaşlıq, o cümlədən elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib.

 

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox