Azedu.az

4 yeniyetmə küçədə kameraları sındırdı - VİDEO

Xəbərlər

29 May 2025, 12:43
4 yeniyetmə küçədə kameraları sındırdı - VİDEO

Bakıda bir qrup yeniyetmənin küçə kameralarını sındırmasını əks etdirən görüntülər yayılıb.

AzEdu.az xəbər verir ki, sözügedən yeniyetmələrin Binəqədi rayonu ərazisində əmlaka ziyan vurduqları bildirilib.

DİN Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq qeyd edib ki, sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb: “Əməli törədən 4 yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət ediliblər. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib”.

 

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox