Ötən gün “Kaspi Kids” uşaq bağçasında baş verən hadisəyə müdiriyyət münasibət bildirib.
AzEdu.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı son dərəcə məyus və narahat oldularını qeyd ediblər:
"Bu cür davranışlara heç bir halda göz yumulmur və verilən qərarlar da bu prinsipə əsaslanır.
Qeyd edirik ki məsul şəxs müəllim artıq işdən azad olunub. Hadisə ilə bağlı məlumatlar hüquq mühafizə orqanlarına təqdim edilib və mvafiq araşdırmalar aprılır.
Biz bu kimi halların təkrarlanmaması üçün lazımi addımları atmağa davam edəcəyik".
09:37
Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.
AzEdu.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun APA-ya verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.