Azedu.az

"Örnək müəllim"in şagirdlərindən növbəti UĞUR

Region təhsili

Lənkəran-Astara Regional Təhsil İdarəsi

29 May 2025, 10:11
"Örnək müəllim"in şagirdlərindən növbəti UĞUR

Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin fizika müəllimi, "Örnək müəllim" Emil Bayramovun şagirdləri olimpiadada uğur qazanıblar.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, E. Bayramovun üç şagirdi LDU-da keçirilən olimpiadada 2 qızıl, 1 bürünc medala layiq görülüb.

Belə ki, olimpiada qalibləri olan Səyyarə Əliyeva (qızıl medalçı) Masallı rayon Qəriblər kənd tam orta məktəbin 10-cu, Rəvan Rzalı (qızıl medalçı) Masallı rayon Lürən kənd tam orta məktəbin 10-cu və Əlihasil Əsgərov (bürünc medalçı) isə Dəfinə liseyin 11-ci sinif şagirdidir.

Qeyd edək ki, ötən günlərdə Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə LDU-da 5 aprel 2025-ci il tarixində fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə keçirilən zona fənn olimpiadası qaliblərinin bu gün mükafatlandırılma mərasimi keçirilib.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox