Ümumdünya Meteorologiya Təşkilatının yeni hesabatına görə, yaxın beş ildə temperaturun bütün rekordları qırması ehtimalı 80% təşkil edir.
AzEdu.az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri klimatoloqların araşdırmalarına istinadən məlumat verib.
Hesabat qısamüddətli müşahidələr və uzunmüddətli proqnozlardan əldə edilən məlumatları birləşdirib. Mütəxəssislərin qənaətinə görə, 2025-2029-cu illərdə orta beşillik temperaturun sənayedən əvvəlki səviyyədən 1.5 dərəcədən çox olacağı ehtimalı 70 faizdir.
"Tarixdə qeydə alınan ən isti 10 ildən sonra son ortamüddətli qlobal iqlim proqnozu insan sağlamlığı, milli iqtisadiyyatlar və təbii landşaftlar üçün artan təhlükəni vurğulayır", - deyə məlumatda bildirilib.