Azedu.az

MEDİATURK TV-nin 4 yaşı tamam olur

Xəbərlər

28 May 2025, 11:38
MEDİATURK TV-nin 4 yaşı tamam olur

Bu gün MEDİATURK TV-nin 4 yaşı tamam olur.

 

Türk dünyasının mediakörpüsü olmağı qarşısına məqsəd qoyan MEDIATURK onlayn televiziyası 13 aprel 2021-ci ildən yayıma başlayıb. Türklərin yaşadığı geniş məkana xitab edən MEDIATURK TV müstəqil türk dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla yanaşı türk xalqlarının sıx məskunlaşdığı bütün coğrafiyada olmağı hədəfləyib.

 

İctimai-siyasi, sosial-iqtisadi, mədəni sferalarda verilişlər yayımlamaqla MEDİATURK TV türkdilli xalqların əlaqələrinin gücləndirilməsi üçün platforma rolunu oynayan MEDİATURK TV Türk dünyasının diasporu, parlamenti, siyasəti, mədəniyyəti, tarixi ilə bağlı xəbərlər verir. Gündəlik dünyada və Azərbaycanda baş verən bütün mühüm hadisələri xəbər və müzakirə formatında tamaşaçıların diqqətinə çatdırdır.

 

Biz də Modern.az komandası adından MEDİATURK TV-ni 4 yaşı münasibətilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox