Azedu.az

II cəhddə DİM sualları sadələşdirməlidir - Ekspertlərdən ÇAĞIRIŞ

Universitetlər

Müəllimlər və elm adamları

28 May 2025, 11:13
II cəhddə DİM sualları sadələşdirməlidir - Ekspertlərdən ÇAĞIRIŞ

Keçdiyimiz gün keçirilən II və III ixtisas qrupları üzrə imtahanlarda iştirak edən abituriyentlər sualların bir qədər çətin olduğunu bildirirlər. II qrup üzrə abituriyentlər əsasən riyaziyyat, III qrup iştirakçıları isə tarix fənnindən çətinlik çəkdiklərini qeyd ediblər.

 

Bəs bu fikirlər nə dərəcədə həqiqəti əks etdirir? Yoxsa bu, zəif nəticə göstərən abituriyentlərin özlərinə haqq qazandırmaq cəhdidirmi?

 

Yaxşı hazırlaşanlar üçün imtahan çətinlik yaratmır

 

AzEdu.az-a mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) bildirib ki, dəfələrlə qeyd etdikləri kimi, daha ciddi hazırlıq keçmiş abituriyentlər üçün imtahan sualları asan, qismən hazırlaşanlar üçün isə çətin olur:

 

“II və III ixtisas qruplarının imtahan suallarında cavablandırma baxımından əlçatanlıq mövcuddur. Biz dəfələrlə vurğulayırıq ki, daha ciddi hazırlıq keçən abituriyentlər üçün imtahanlar asan, qismən hazırlaşanlar üçün isə çətin olur. Hazırkı vəziyyəti dəyərləndirsək, təbii ki, müəyyən qədər orta səviyyədə hazırlaşmış abituriyentlər sualların çətin olduğunu bildirirlər. III ixtisas qrupuna aid abituriyentlər, qeyd etdiyiniz kimi, tarix, II ixtisas qrupuna aid olanlar isə riyaziyyat fənnindən şikayətlənirlər. Halbuki hər iki fənn həmin ixtisas qruplarında aparıcı fəndir və bu fənlərdən maksimum 150 bal toplamaq mümkündür. Bu nəticəni əldə etmək üçün isə həmin fənlərə daha ciddi şəkildə hazırlaşmaq lazımdır".

 

Ekspert əlavə edib ki, imtahan verənlərin böyük əksəriyyəti cari ilin məzunlarıdır və onlar üçün bu cür qəbul imtahanı ilk təcrübədir. Bu səbəbdən, onlar imtahan suallarına və prosesinə ayrılmış vaxt çərçivəsində tam olaraq hazır olmaya bilərlər:

 

“Baxmayaraq ki, abituriyentlər sınaq imtahanlarında iştirak ediblər və müxtəlif mühitlərdə imtahan veriblər, yenə də qəbul imtahanında ilk dəfə iştirak edirlər. Əlbəttə ki, qəbul imtahanının ikinci mərhələsi də mövcuddur. İyulun 6-da II və III, 13-də isə I və IV ixtisas qruplarının imtahanı keçiriləcək".

 

II cəhddə abituriyentlər yüksək bal toplaya bilər

 

Elçin Əfəndiyev vurğulayıb ki, abituriyentlər birinci cəhddə hansı mövzudan çətinlik çəkiblərsə, həmin mövzularda daha ciddi hazırlıq apararaq ikinci cəhd imtahanında nəticələrini xeyli yaxşılaşdıra bilərlər:

 

“Ümumilikdə, yüksək bal toplayan abituriyentlər bu imtahanda həm II, həm də III qruplardan olacaq. Ümumi göstəricilər isə iştirakçı sayına nəzər saldıqda, fikrimcə, qənaətbəxş olacaq. Dövlət İmtahan Mərkəzi də abituriyentlərin ilk dəfə blok imtahanı verməsini nəzərə alaraq çalışmalıdır ki, suallar bir qədər sadələşdirilsin. Ən azından, suallar daha aydın və sadə formada tərtib olunmalıdır ki, abituriyentlər onları rahat şəkildə cavablandırsınlar. Bu amilin nəzərə alınması çox faydalı olar”.

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox