Azedu.az

Uşaqları 6 xəstəlikdən qoruyan 25 milyon manatlıq peyvənd gətiriləcək

Xəbərlər

27 May 2025, 22:14
Uşaqları 6 xəstəlikdən qoruyan 25 milyon manatlıq peyvənd gətiriləcək

2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikası ilə bağlı Azərbaycana "Hexa vaccine" (6 valentli) vaksini gətiriləcək.

AzEdu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi hazırlıqlara başlayıb.

Nazirliyin tabeliyindəki Səhiyyənin Təminat Mərkəzi 310 000 ədəd 6 komponentli (GDT acellular, "hib/ipv" vaksini, hepatit B) heksovaksin (heksaksim) sifariş edir.

Mərkəz vaksinlərin satın alınmasına 25.2 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Xatırladaq ki, heksaksim uşaqları 6 xəstəlikdən qoruyan kombinə olunmuş peyvənddir. 3 doza şəklində 2, 4 və 6-cı aylarda tətbiq olunur. Daha sonra, 18-ci ayda revaksinasiyada da istifadə olunur.

Bu peyvənd uşaqları difteriya, göyöskürək, tetanus, hepatit B, poliomielit, "haemophilus influenzae" xəstəliklərindən qoruyur. Bu xəstəliklər xüsusən körpə uşaqlarda ağır gedişə malik olduqları üçün zamanında heksaksim peyvəndinin olunması önəmlidir.

Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!
Son xəbərlərDaha çox