Azedu.az

İmtahanda uğursuz olanlar niyə şikayət edir? - Müəllimdən sərt CAVAB

Məktəblər

Müəllimlər və elm adamları

Şagirdlər

27 May 2025, 17:07
İmtahanda uğursuz olanlar niyə şikayət edir? - Müəllimdən sərt CAVAB

II və III ixtisas qrupları üzrə birinci cəhd qəbul imtahanı keçirildi. İmtahandan dərhal sonra II qrup abituriyentlərinin əksəriyyəti riyaziyyat fənnindən təqdim olunan sualların çətin və mürəkkəb olduğunu bildirərək, sosial şəbəkələrdə narazılıqlarını ifadə etdilər. 

 

Maraqlıdır, bu narazılıqlar həqiqətən sualların səviyyəsinin yüksək olması ilə bağlıdır, yoxsa bu, imtahana kifayət qədər hazırlaşmamış abituriyentlərin özlərinə haqq qazandırmaq cəhdidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən riyaziyyat müəllimi, “Örnək müəllim” tituluna layiq görülmüş Tural Fərəcov bildirib ki, riyaziyyat fənnindən keçirilən imtahanda təqdim olunan suallar abituriyentlərin çətinlik çəkəcəyi qədər mürəkkəb deyildi:

 

“Riyaziyyat fənnindən keçirilən imtahanda suallar abituriyentlərin çətinlik çəkəcəyi qədər mürəkkəb deyildi. Fikrimizcə, sualların quruluşu və səviyyəsi normal idi. Asan və orta səviyyəli suallar üstünlük təşkil edirdi. Düşünürəm ki, orta hazırlıqlı bir abituriyent bu 30 suallıq imtahandan qısa müddət ərzində rahatlıqla 21 düzgün cavab yaza bilərdi".

 

Tural Fərəcovun sözlərinə görə imtahanın çətin olduğunu iddia edən şəxslərin fikri, çox güman ki, yetərincə hazırlaşmamış abituriyentlərin mövqeyidir:

 

“İmtahanın çətin olduğunu iddia edən şəxslər, məncə, yanılırlar. Çünki bu fikir, əsasən, kifayət qədər hazırlıq görməyən abituriyentlərdən qaynaqlanır.”

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox