İsmayıllı rayonunda inşa edilmiş Talıstan Liseyi ən müasir tələblərə cavab verir.
AzEdu.az “Report”a istinadən xəbər verir ki, bunu Prezidentin izi ilə təşkil olunan mediatur çərçivəsində Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi ölkədə elm və təhsilin inkişafına töhfə verməkdir:
“Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən ölkənin Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında bir çox sahələrdə uğurlu layihələr həyata keçirib. Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də sözsüz ki, elm və təhsil sahəsidir. Bu çərçivədə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına start verilib.