Azedu.az

Bakıdakı bu məktəblə bağlı araşdırma BAŞLADI

Xəbərlər

27 May 2025, 11:13
Bakıdakı bu məktəblə bağlı araşdırma BAŞLADI

Bakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs  öyrədərkən yanlış davranışı ilə bağlı məktəbdaxili araşdırma aparılıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb.

Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması qərara alınıb.

Bakı Şəhəri üzə Təhsil İdarəsindən isə "Azərbaycan müəllimi"nə bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır.

Məktəb rəhbərliyinə qanunauyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!
Son xəbərlərDaha çox