Azedu.az

Azərbaycanda iki universitetin fəaliyyətinə 32,4 milyon manat xərclənib

Xəbərlər

27 May 2025, 11:08
Azərbaycanda iki universitetin fəaliyyətinə 32,4 milyon manat xərclənib

Azərbaycan–Fransız Universiteti (UFAZ) və Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə 32,4 milyon manat xərclənib.

AzEdu.az xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, “Ali təhsil” köməkçi bölməsi üzrə ayrılmış 32,4 milyon manat vəsait hesabına 2 ali təhsil (Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ) və Türkiyə–Azərbaycan Universiteti) müəssisəsinin saxlanması və fəaliyyəti ilə bağlı xərclərin, yaradıcılıq profilli ali təhsil müəssisələrinə maliyyə yardımı, ali təhsil müəssisələrində təhsil qrantları, yeni məzmunlu təhsil proqramlarının tətbiqi və digər xərclərin ödənilməsi təmin edilib.

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox