Xərçəng xəstəliyi daha bir gəncin həyatına son qoyub. Beyin xərçəngi ilə mübarizəsini TikTok-da paylaşaraq minlərlə insana ruh verən 19 yaşlı Anna Qreys Felan dünyasını dəyişib. Onun ölüm xəbərini ailəsi sosial mediada yayımladığı açıqlama ilə təsdiqləyib.
AzEdu.az xəbər verir ki, Felan ilk dəfə keçən ilin sentyabrında beyin xərçəngi diaqnozu aldığını paylaşmışdı. O, TikTok platformasında üzləşdiyi simptomları izləyiciləri ilə bölüşərək xəstəliyin gedişatı barədə səmimi məlumatlar vermişdi.