Xəbər verdiyimiz kimi, ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri bu il iyunun 14-də keçiriləcək.
Bəs, görəsən 2024-cü ildə məktəbi bitirəcək məzunların sayı nə qədərdir?
Mövzu ilə bağlı AzEdu.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən verilən məlumata görə, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin XI sinifindən 112.375 nəfər məzun olacaq.
Müqayisə üçün qeyd edək ki, bu rəqəm ötən tədris ilində- 2023-2024-cü illərdə 102.120 nəfər idi.
Beləliklə, bu il məktəb məzunlarının sayında 10.255 nəfərlik artım müşahidə olunur.