Azedu.az

Qarabağ Universitetinin Klinikasına Tibb Universitetindən kadrlar yönləndirilə bilər - RƏSMİ

Universitetlər

Müəllimlər və elm adamları

26 May 2025, 10:06
Qarabağ Universitetinin Klinikasına Tibb Universitetindən kadrlar yönləndirilə bilər - RƏSMİ

Keçdiyimiz gün Qarabağ Universitetinin klinikası tərəfindən yeni vakansiya elan olunub. Gələcəkdə işçi qüvvəsinə olan tələbat artdıqca bu istiqamətdə kadr təminatı məsələsi də aktuallaşır.

 

Maraqlı suallardan biri isə budur: gələcəkdə Azərbaycan Tibb Universitetindən Qarabağa kadrlar yönləndirilə bilərmi?

 

AzEdu.az bu məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinə sorğu ünvanlayıb.

 

Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Tibb Universiteti Elm və Təhsil NazirliyiSəhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir. Bu səbəbdən yalnız hər iki nazirlikdən rəsmi göstəriş olduğu halda, Tibb Universitetindən Qarabağ bölgəsinə kadr yönləndirilməsi mümkündür.

 

Müəssisənin cavabında həmçinin qeyd edilib:

 

 “Qarabağ Universiteti ilə bağlı Tibb Universitetindən nə kimi dəstəyə ehtiyac olarsa, biz buna böyük məmnuniyyətlə yardım göstərməyə hərtərəfli hazırıq”.

 

Qeyd edək ki, 7 fevral 2025-ci il tarixində Prezident İlham Əliyev Qarabağ Universitetinin tabeliyində Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs kimi yaradılması ilə bağlı Fərman imzalayıb.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox