Azedu.az

DYP həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

Xəbərlər

24 May 2025, 12:28
DYP həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

İdarədən AzEdu.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişindaşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz hava şəraitində daha diqqətli olmağa, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb".

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox