Azedu.az

Laçında şagirdlər üçün idman yarışları keçirilir

Xəbərlər

Şagirdlər

23 May 2025, 11:20
Laçında şagirdlər üçün idman yarışları keçirilir

Laçın rayonunda yerləşən ümumi təhsil müəssisələrinin iştirakı ilə "Konstitusiya və suverenlik ili"nə həsr olunan müxtəlif idman növləri üzrə yarışları keçirilir. 

AzEdu.az xəbər verir ki, yarışlar Laçın rayonununda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutur.

Futbol, voleybol, dama, kəndirlə mübarizə, basketbol idman növləri və bilik yarışı üzrə təşkil olunan yarışlarda Laçın şəhəri 2 nömrəli, Ədalət Məmmədov adına Zabux kənd və Sus kənd tam orta məktəblərinin şagirdləri iştirak edirlər. Yarışlarda ümumilikdə 230 şagird iştirak edir. 

Yarışların qalib komandaları medal və diplomlarla təltif olunacaq.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox