Azedu.az

Bu il ərizə sayı ötən ildən 12 min çoxdur - DİM sədri

Dövlət İmtahan Mərkəzi (DİM)

23 May 2025, 11:11
Bu il ərizə sayı ötən ildən 12 min çoxdur - DİM sədri

"Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə media nümayəndələri üçün təşkil edilən konfransda qeyd edib.

 

Sədr qeyd edib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var:


"Bu ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib".

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox