Azedu.az

DİM-də təlim:“Münaqişələrin idarə olunması”

Dövlət İmtahan Mərkəzi (DİM)

23 May 2025, 10:00
DİM-də təlim:“Münaqişələrin idarə olunması”

22 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin, İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “Münaqişələrin idarə edilməsi” mövzusunda təlim keçirilib.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, təlim zamanı münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya barədə iştirakçılara məlumat verilib. Münaqişəli vəziyyətləri qiymətləndirmək və konstruktiv həll yollarını müəyyən etmək kimi bacarıqların formalaşması məqsədilə iştirakçılar “keys”lər və videoçarxlar üzərində fərdi və qrup şəklində işləyiblər. Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox