Şirvan sakininin ehtiyatsızlıqdan vurduğu 2 yaşlı övladı dünyasını dəyişib.
Bu barədə AzEdu.az APA-ya istinadla xəbər verir ki, şirvan sakini ehtiyatsızlıqdan iki yaşlı övladını avtomobillə vurub. Hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.