Azedu.az

Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri təyin edilib

Xəbərlər

22 May 2025, 11:36
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri təyin edilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri təyinatı olub.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri Vüsal Cəfərov təyin olunub.

Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektoruna müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi. Təhsil sektorunun əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında yoxlamanın nəticəsinə əsasən vəzifəsindən azad edilib.

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox