Azedu.az

MİQ-ə qeydiyyat BAŞLADI

Müəllimlər və elm adamları

22 May 2025, 11:00
MİQ-ə qeydiyyat BAŞLADI

2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.

AzEdu.az xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 22-29 may tarixlərini əhatə edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra mayın 29-du saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox