Azedu.az

STEAM resurslarından ibarət sənəd hazırlanıb

Xəbərlər

21 May 2025, 15:18
STEAM resurslarından ibarət sənəd hazırlanıb

Təhsil İnstitutu tərəfindən müəllimlər və şagirdlər üçün nəzərdə tutulmuş ödənişsiz STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) resurslarından ibarət sənəd hazırlanıb. 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib. 

Sözügedən resurslarla müvafiq keçidə daxil olmaqla tanış ola bilərsiniz: //arti.edu.az/wp-content/uploads/2025/05/STEAM-resurslari.pdf

Qeyd edək ki, Azərbaycan Respublikası “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası” (RASIT) qeyri-hökumət təşkilatı tərəfindən 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib. Sözügedən sənəd bu beynəlxalq təşəbbüs çərçivəsində həyata keçirilən fəaliyyət planına əsasən hazırlanıb. 

Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu
Son xəbərlərDaha çox