Azedu.az

Abituriyent müraciətlərinin 340-ı boş yazı İMİŞ

Dövlət İmtahan Mərkəzi (DİM)

21 May 2025, 15:16
Abituriyent müraciətlərinin 340-ı boş yazı İMİŞ

Xəbər verdiyimiz kimi, 2 və 9 mart tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı Apellyasiya Komissiyasının məlumatı açıqlanıb.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Mərkəzdən bildirilib ki, müraciətlərin 340-ı boş yazı işi (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 532-si isə tam bal ilə qiymətləndirilmiş işlərə (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) aid olub.

Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb. Şagirdlər artıq elektron apellyasiya ərizələrinə (apelyasiya.dim.gov.az) daxil olaraq komissiyasının qərarları ilə tanış ola bilərlər.

Qeyd edək ki, apellyasiya prosesinin başa çatması ilə bağlı şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat da göndərilib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox