Azedu.az

PMS imtahanı materiallarının işlənilməsi ilə bağlı təlim keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

21 May 2025, 14:16
PMS imtahanı materiallarının işlənilməsi ilə bağlı təlim keçirilib

18 və 20 may 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində peşəkar mühasib sertifikatı imtahanı materiallarının işlənilməsi ilə bağlı növbəti təlimlər keçirilib.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Təlimlərdə Dövlət İmtahan Mərkəzinin böyük məsləhətçisi Faiq Abdullayev PMS imtahanları üçün test tapşırıqlarının hazırlanması və ekspertizası texnologiyası, açıq tipli tapşırıqlara dair cavab vərəqələrinin yoxlanılması qaydaları barədə məlumat verib. Həmçinin tapşırıq modellərinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və onların təklifləri dinlənilib.

Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu
Son xəbərlərDaha çox