Azedu.az

2024-də 18 yaşınadək anaların doğduğu uşaqların sayı

Xəbərlər

21 May 2025, 11:20
2024-də 18 yaşınadək anaların doğduğu uşaqların sayı

2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.

AzEdu.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

2023-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən 1279-a düşüb. Ölkənin iqtisadi rayonları üzrə 18 yaşadək analar tərəfindən doğulan uşaqların say cədvəlindən görünür ki, erkən nikah halları üzrə ən az göstərici Şərqi Zəngəzur iqtisadi rayonu və Abşeron-Xızı iqtisadi rayonunda, ən çox göstərici isə Mərkəzi Aran və Qarabağ iqtisadi rayonunda olub.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox