Azedu.az

Ötən il Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə neçə müraciət daxil olub?

Xəbərlər

21 May 2025, 11:13
Ötən il Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə neçə müraciət daxil olub?

Ötən il Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə 2370 nəfər tərəfindən müxtəlif mövzularla bağlı 2455 müraciət daxil olub.

AzEdu.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, müraciət edənlərin 1710 nəfəri qadındır. Qeyd olunub ki, komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən dövlət proqramları və milli fəaliyyət planlarının müvafiq bəndlərinin icrası, insan hüquqlarının, sağlam həyat tərzi və reproduktiv sağlamlığın, milli mənəvi dəyərlər və vətənpərvərliyin təbliği, erkən nikah və məişət zorakılığının qarşısının alınması məqsədilə 651 tədbir və təlim keçirilib, həmin təlim və tədbirlərdə 21 705 nəfər bəhrələnib. Həmçinin qeyd olunub ki, regionlarda erkən nikah və qohum evliliyinin qarşısının alınması məqsədilə 60 tədbir keçirilib və 1735 nəfər bundan yararlanıb.

Mərkəzlər (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə 10 "açıq qapı" günü keçirilib. Ümumilikdə "açıq qapı" günlərində 960 nəfər müraciət edib. Müraciət edən 960 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib. Müraciətlərin 52%-i sosial məsələlər (501), 33%-i uşaq məsələləri (314), 9% -i hüquqi yardım (78), 8% -i isə psixoloji konsultasiya (67) olub. Bundan başqa, işğaldan azad olunmuş ərazilərə geri qayıdan əhaliyə dəstək göstərilməsi, onların adaptasiyasının daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşları üçün (64 nəfər) "Qaynar xəttin əsas iş prinsipləri" mövzusunda təlimlər keçirilib. İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox