Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində itkin düşən 13 yaşlı qız tapılıb.
AzEdu.az xəbər verir ki, mayın 18-də itkin düşən 2012-ci il təvəllüdlü X.Mehdiyeva polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
16:03
Bakıda yeniyetmə qız itkin düşüb.
AzEdu.az-ın məlumatına görə, 19 may 2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini Mehdiyev Ruslan Nazim oğlu Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı 2012-ci il təvəllüdlü Xədicə Mehdiyeva 18 may tarixində evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.