Azedu.az

Gimnaziyanın direktoru nöqsanlara görə işdən çıxarıldı

20 May 2025, 10:39
Gimnaziyanın direktoru nöqsanlara görə işdən çıxarıldı

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən aparılmış yoxlama zamanı Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.

AzEdu.az bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 19 may 2025-ci il tarixli müvafiq əmrinə əsasən, müəssisənin direktoru Babayeva Taliə Akif qızının əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan təhsil müəssisələrində yoxlama və nəzarət tədbirləri davam etdiriləcək, aşkar ediləcək nöqsanlara görə isə aidiyyəti şəxslər barəsində müvafiq intizam tədbirləri görüləcək.

Şok hazırlıq BAŞLADI - ABŞ İranı bombalayacaq!
Son xəbərlərDaha çox