Azedu.az

Azərbaycan velosipedçisi daha bir medal əldə edib

Xəbərlər

19 May 2025, 16:18
Azərbaycan velosipedçisi daha bir medal əldə edib

Trek velosipedi üzrə Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astanada daha bir medal əldə edib.

AzEdu.az Velosiped Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ölkənin açıq çempionatında mübarizə aparan Məryəm Hüseynova yarışı bürünc medalla başa vurub.

2009-2010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçimiz omnium yarışlarında 3 hərəkətin cəmində 38 iştirakşı arasında ümumi təsnifatda 3-cü olub və bürünc medala yiyələnib.

Qeyd edək ki, M.Hüseynova daha əvvəl bu yarışda 200 metr məsafəyə sprint üzrə də bürünc medal əldə etmişdi. 

ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR
Son xəbərlərDaha çox