Azedu.az

Məktəblilər arasında voleybol üzrə respublika birinciliyi keçirilib

Xəbərlər

19 May 2025, 11:59
Məktəblilər arasında voleybol üzrə respublika birinciliyi keçirilib

Voleybol idman növü üzrə respublika birinciliyinin zona mərhələsi keçirilib.

AzEdu.az xəbər verir ki, yarış “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

2010-2011-ci il təvəllüdlü oğlanlar arasında təşkil olunan yarış Şəki şəhəri 7 nömrəli tam orta məktəbin idman zalında keçirilib.

Final mərhələsinə 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, Qəbələ uşaq-gənclər idman-şahmat məktəbi, Şəki uşaq-gənclər idman-şahmat məktəbinin komandaları vəsiqə qazanıb.

Qeyd edək ki, final mərhələsi 5 iyun 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək.

ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR
Son xəbərlərDaha çox