İlk dəfə Ağdam rayon Sarıcalı, Ağdərə rayon Həsənriz, Suqovuşan kənd və Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəblərdə VI siniflərin monitorinqi keçirilir.
Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir. Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.