Rusiyanın Kazan şəhərində təşkil olunan "East Cup Kazan" beynəlxalq futbol turniri başa çatıb.
AzEdu.az xəbər verir ki, Azərbaycanın “Sabah” klubunun U-10 komandası finalda meydan sahibi “Rubin” (Kazan) komandası ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada "Sabah" 3:4 hesabı ilə məğlub olub və turnirin gümüş medalına sahib çıxıb.