Azedu.az

Türkiyədə 40 şagird dönərdən zəhərləndi

Xəbərlər

16 May 2025, 22:32
Türkiyədə 40 şagird dönərdən zəhərləndi

Batmanda (Türkiyə) yerləşən Raman Anadolu Liseyində təxminən 40 şagird kafedə yedikləri toyuq dönərindən sonra xəstəxanaya yerləşdiriliblər.

AzEdu.az "Haber Global"a istinadən xəbər verir ki, zəhərlənmə şübhəsi ilə Batman Təlim və Araşdırma Xəstəxanasına müraciət edən şagirdlərin müalicəsinə başlanılıb.

Onlardan bəziləri artıq evə buraxılıb, digərlərinin müalicəsi isə davam edir. Həkimlər şagirdlərin vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Hadisə ilə əlaqədar kafenin fəaliyyəti müvəqqəti dayandırılıb. Araşdırma aparılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox