Azedu.az

Bakıda iki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Xəbərlər

16 May 2025, 22:11
Bakıda iki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Sabahdan Bakıda 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilir.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, "Pirşağı-Xırdalan-Novxanı-M4" avtomobil yolu layihəsi ilə əlaqədar sabahdan etibarən İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Hərəkət məhdudiyyətinə görə, qeyd olunan 508 və 521 nömrəli avtobus marşrutlarının hərəkəti müvəqqəti olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək.

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox