Azedu.az

DİM-də fənlər üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)

16 May 2025, 17:57
DİM-də fənlər üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Bakı şəhərindən qeydiyyatdan keçənlər üçün hazırlıq kursları DİM-in əsas binasında əyani (Akademik Həsən Əliyev küçəsi 299), bölgələrdən qeydiyyatdan keçənlər üçün isə onlayn formatda keçirilib.

AzEdu.az DİM-in məlumatına əsasən xəbər verir ki, hazırlıq kurslarında gündəlik məsələ, ev tapşırığı kimi  iştirakşılar tərəfindən buraxılış və qəbul imtahanlarının modelinə uyğun hazırlamış tapşırıqların (qapalı, cavabı kodlaşdırılan açıq tipli və cavabı yazı ilə ifadə olunan tapşırıqlar) müzakirəsi olub.

Moderatorlar – informatika fənni üzrə Fikrət İbiyev, Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, kimya fənni üzrə Elşad Abdullayev, fizika fənni üzrə Əlövsət Rəcəbli, rus dili fənni üzrə Viktoriya Sadıqova, biologiya fənni üzrə Nailə Əliyeva, tarix fənni üzrə Hafiz Cabbarov, riyaziyyat fənni üzrə Aqşin Abdullayev, coğrafiya fənni üzrə Nərminə Seyfullayeva və ingilis dili fənni üzrə Nərminə Əliyeva ev tapşırıqlarının müzakirəsini həyata keçiriblər.

Müzakirələr nəticəsində tapşırıqların tərtibi ilə bağlı təkliflər verilib, düzəlişlər aparılıb.

Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox