Azedu.az

Trampın 11-ci nəvəsi doğulub

Xəbərlər

16 May 2025, 13:52
Trampın 11-ci nəvəsi doğulub

ABŞ Prezidenti Donald Tramp nəvəsinin doğulduğunu bildirib.

AzEdu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Əbu-Dabidə ABŞ-BƏƏ biznes forumunda bildirib.

"Mənə indicə nəvəmin doğulması barədə məlumat verdilər", - o qeyd edib.

Tramp qızı Tiffani Tramp və onun həyat yoldaşı Maykl Bulosun övladının doğulduğunu söyləyib.

“Fox News” telekanalının məlumatına görə, bu, Trampın 11-ci nəvəsidir və adı Aleksandr Tramp Bulosdur.

O bildirib ki, bununla əlaqədar Yaxın Şərq ölkələrinə səfərini bir gün əvvəl başa çatdıra bilərdi, lakin bunu etməyib, çünki bu, BƏƏ Prezidenti Məhəmməd Ben Zaid Əl Nəhəyyanı məyus edərdi.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox