Azedu.az

Yaz semestrində 8 minə yaxın tələbə təhsil krediti alıb

Xəbərlər

16 May 2025, 09:21
Yaz semestrində 8 minə yaxın tələbə təhsil krediti alıb

2024-2025-ci tədris ilinin yaz semestrində təhsil tələbə krediti almaq üçün müraciət edənlərin bu günə olan statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan AzEdu.az-a bildirilib ki, yaz semestri ərzində 9572 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 455 nəfərin müraciəti natamam olub, 739 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 454 nəfərin müraciətinə imtina cavabı verilib.

Yaz semestri üzrə 7924 tələbəyə təhsil krediti verilib. Onların arasından 2767 nəfərin müraciəti sosial, 5091 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

İsr@ildən AĞIR ZƏRBƏ - İranın düşünən beyni vuruldu
Son xəbərlərDaha çox