Azedu.az

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Xəbərlər

15 May 2025, 21:08
Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.

AzEdu.az "Unikal"a istinadən xəbər verir ki, fakültənin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının II kurs tələbəsi Elton Xəlilzadə dünyasını dəyişib.

O, beyninə qan sızması səbəbi ilə bir neçə ay koma vəziyyətində qalıb və bu gün həyatını itirib.

AzMİU-nun mətbuat xidməti məlumatı təsdiqləyib.

İsr@ildən AĞIR ZƏRBƏ - İranın düşünən beyni vuruldu
Son xəbərlərDaha çox