Azedu.az

Universitetlərinin sənaye gəlirinin zəif olmasının səbəbləri açıqlanıb

Universitetlər

15 May 2025, 17:06
Universitetlərinin sənaye gəlirinin zəif olmasının səbəbləri açıqlanıb

Azərbaycanda universitetlərin sənayedən gəliri demək olar ki, yoxdur.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, 2024-cü il ərzində universitetin sənaye sahəsindən əldə etdiyi gəlir ümumi gəlirin cəmi %-ini təşkil edib: “Bu, olduqca aşağı göstəricidir və universitet-sənaye əməkdaşlığının zəifliyini göstərir”.

Rektor əməkdaşlığın zəif olmasının bir neçə əsas səbəbini açıqlayıb: "İlk növbədə sənaye universitetlərə inanmır, bu sahədə qarşılıqlı güvən problemi var. İkinci əsas problem isə koordinasiya çatışmazlığıdır - sənaye nümayəndələri universitetlərin hansı imkanlara və resurslara malik olduğunu yetərincə bilmirlər".

Bundan əlavə, R.Əzizovun sözlərinə görə, universitetlərlə sənaye arasında əməkdaşlığı təşviq edəcək institusional mexanizmlər də mövcud deyil.

 

İsr@ildən AĞIR ZƏRBƏ - İranın düşünən beyni vuruldu
Son xəbərlərDaha çox